İlham Əliyev Kanadanın General Qubernatoruna məktub ünvanlayıb

01.07.2026

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev Kanadanın General-Qubernatoru Luiza Arbura təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli xanım General-Qubernator,

Kanada Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

İnanıram ki, Azərbaycan ilə Kanada arasındakı əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью