“İlham Əliyev kimi liderə sahib olduğunuza görə sizi təbrik edirəm”

26.01.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ Prezidenti Donald Trampın vasitəsilə Ermənistanla sülhə nail olduğunuza görə Azərbaycanı təbrik edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrailin XİN rəhbəri Gideon Saar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

“İnanıram ki, regionun çiçəklənməsi bundan sonra həyata keçəcək. Eyni zamanda, Prezident İlham Əliyev kimi belə yüksəksəviyyəli liderə sahib olduğunuza görə sizi təbrik etmək istəyirəm. O, beynəlxalq arenada Azərbaycanı irəli aparır, eyni zamanda yerli səviyyədə düzgün siyasət həyata keçirir. İsrail əhalisi prezidentin həqiqi və səmimi dostluğunu çox yüksək qiymətləndirir”, - deyə israilli nazir qeyd edib.

Günel İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью