İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

21.11.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixail Kavelaşviliyə başsağlığı verib.

Axar.az xəbər verir ki, dövlət başçısının Gürcüstan Prezidentinə ünvanlandığı məktubda deyilir:

"Tiflis şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью