İlham Əliyev Omanın Sultanını təbrik edib

18.11.2025

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanını Heytəm bin Tariq Al Səidi təbrik edib.
Reyting.az
xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram".
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью