İlham Əliyev pilotların şücaətindən DANIŞDI

28.12.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AZAL-ın qəzaya uğramış “Embraer 190” təyyarəsinin pilotlarının qəhrəmanlığından danışıb.
Modern.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə dekabrın 28-də Rusiya Federasiyasının lideri Vladimir Putinlə telefon danışığı zamanı bəhs edib.
 

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib.
Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью