İlham Əliyev, Putin və Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirildi

09.10.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Türkmənistanda qapalı görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə “Kommersant” qəzetinin müxbiri Andrey Kolesnikov məlumat yayıb.
Məlumata görə, görüş Xəzər Sammitindən sonra baş tutub və təxminən 15 dəqiqə davam edib. Görüşün təşkili ilə bağlı razılaşmanı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov əldə edib.
Bildirilir ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) geniş tərkibdə keçirilən iclasının qapalı hissəsində Uşakov bu məsələ ilə bağlı İlham Əliyev və Nikol Paşinyanla ayrıca danışıb. Ermənistanın Baş naziri Xəzər Sammitində iştirak etməsə də, Azərbaycan və Rusiya liderləri ilə görüşmək üçün sammitin başa çatmasını gözləyib.
Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью