İlham Əliyev, Putin və Paşinyan görüşəcəklər

11.04.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək. 

"Unikal" xaric KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyadakı diplomatik mənbələr açıqlayıb. 

Qeyd olunub ki, görüş mayın 9-da Moskvanın Qırmızı Meydanında keçiriləcək illik paraddan əvvəl baş tutacaq. 

Məlumata görə, tərəflər razılığa gələcəklər ki, may bayramından sonra Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. İmzalanma yeri kimi Alma-Ata göstərilir. İmzalanma yeri təsadüfi seçilməyib, çünki tərəflər Alma-Ata Bəyannaməsini Ermənistan-Azərbaycan danışıqlarında rəhbər tutub. 

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan bu barədə suala cavab verməkdən imtina edib.

Ağarza Elçinoğlu 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью