İlham Əliyev Qarabağ problemini həll etdi və rayonlarımız birdəfəlik azad oldu...

23.12.2024

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

Şükürlər olsun ki, İlham Əliyev Qarabağ problemini həll etdi və rayonlarımız birdəfəlik azad oldu...

Yoxsa cəmiyyərimizdə, siyasətimizdə, hətta hökumətin içində elə qüvvələr var ki, illər sonra qalxıb " əşi, dünya ilə döyüşməyəcəyik ki.... bütün dünya erməninin yanındadır, bir parça torpaq üçün milləti qırdıra bilmərik ki.... verək getsin və canımız qurtarsın" deyərək üzə dura bilərdilər...Bunu qərəzlə demirəm, əsla!..Bu gün öz süverenliyi və ərazi bütövlüyü naminə ölümə gedən Ukrayna xalqını ( onun başqa nə günahı var ki) açıq mətnlə ittiham edən adamlar sizcə Qarabağı asanca güzəştə getməzdilər?!..

Bir daha Prezidentə Qarabağ üçün təşəkkürlər...

Aydın Quliyev,

"Bakı-Xəbər" qəzetinin baş redaktoru, politoloq

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью