İlham Əliyev “Qarabağ”ı təbrik etdi Hakimi qınadı

22.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

İlham Əliyev “Qarabağ”ı təbrik etdi - Hakimi qınadı

Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ın “Ayntraxt” üzərindəki qələbəsi (3:2) ilə bağlı paylaşım edib.

QOL.az xəbər verir ki, paylaşımda “Qarabağ”ı təbrik edən dövlət başçısı matçın baş hakimi barədə irad bildirib:

“Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu ürəkdən təbrik edirəm! 

Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə “Qarabağ”ın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. 

Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью