İlham Əliyev “Qarabağ”la bağlı paylaşım edib FOTO

01.10.2025

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Kopenhagen" futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Danimarka çempionu "Kopenhagen" futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə "Qarabağ" futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən "Qarabağ" dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir."

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью