İlham Əliyev sərəncam İMZALADI

04.11.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, C.Musayev 1981-ci il yanvarın 10-da Naxçıvan şəhərində anadan olub. Ali təhsilinin Ankara şəhərində alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.

2016-cı il aprelin 18-dən bu təyinatadək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью