İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

31.08.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Ərhürmana başsağlığı məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью