İlham Əliyev strateji obyektlərlə bağlı fərman imzaladı

30.06.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi tərəfindən mühafizə olunan şəxslərin və qorunan strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış fəaliyyətini Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirəcək.
Avtosfer.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında” Fərmanda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla müvafiq kargüzarlıq sənədinin birinci hissəsinə yeni məzmunda on ikinci abzas əlavə edilib. Dəyişikliyə əsasən, qorunan şəxslərin və strateji obyektlərin təhlükəsizlik sahəsi üzrə əməliyyat-axtarış tədbirlərinin icrası birbaşa Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətlərinə daxil edilib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью