İlham Əliyev Sumqayıtda yeni müəssisənin təməlini qoydu FOTOLAR

27.01.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında "Nun" MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

Bakıvaxtı.az xəbər verir ki, "Nun" MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью