İlham Əliyev türkiyəli aktyoru təltif etdi Foto

15.01.2025

Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Axşam.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Türkiyədəki Baş konsulu Nərminə Mustafayeva “X” hesabında paylaşım edib.

"Türkiyənin sənət dünyasının önəmli adlarından biri olan Engin Altan Düzyatan Bakıda keçirilən COP29-a qatılaraq ətraf mühitə həsasslığa diqqət çəkib. Bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin göndərdiyi “Təşəkkürnamə”ni sənətkara çatdırdıq və bu töhfənin nə qədər dəyərli olduğunu bir daha vurğuladıq” deyə, o, paylaşımda qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью