Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
Gürcüstanın sabiq baş naziri, “Gürcüstan naminə” müxalifət partiyasının lideri Georgi Qaxariya Azərbaycan və Ermənistanı sülh prosesində atılan son addımlar barədə paylaşım edib. G. Qaxariya bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək regionda baş verən proseslər fonunda Gürcüstanın təhlükəli şəkildə təcrid olunduğunu bildirib.
Georgi Qaxariya qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan “tarixi sülhə aparan mühüm addım” atıblar və bu proses ABŞ prezidenti Donald Trampın liderliyi, fəal iştirakı sayəsində mümkün olub.
Mətləb