İlham Əliyev “Vətən” İdman Liseyindəgörülən işlərlə tanış olub | Icma.az
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Tərlan Heybətov adına “Vətən” İdman Liseyində aparılmış yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Mia.az-ın məlumatına görə, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına liseydə yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, “Vətən” İdman Liseyi 2022-ci ildə 126 nömrəli tam orta məktəbin bazasında yaradılıb.
Birinci Qarabağ müharibəsi şəhidi Tərlan Heybətovun adını daşıyan 600 şagird yerlik Liseydə dövlət əsaslı vəsait qoyuluşu hesabına aparılan yenidənqurma işləri 2024-cü ilin dekabrında başa çatdırılıb.
Liseyin əsaslı təmir olunmuş tədris korpusunda 22 sinif otağı var.
Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib.
Bu korpusda kimya, fizika, biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hərbi hazırlıq kabinetləri, kitabxana, 240 yerlik akt zalı, inzibati və yardımçı otaqlar yerləşir.
Tam oxu
Xəbəri oxu