İlham Əliyev Vyetnamın yeni seçilmiş Prezidentini təbrik edib

07.11.2024

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonqa təbrik məktubu ünvanlayıb.

Sherg.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Xoş ənənələrə əsaslanan Azərbaycan-Vyetnam əlaqələri uğurla inkişaf etməkdədir. Dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın bugünkü səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın həm ikitərəfli, həm də çoxtərəfli qaydada möhkəmlənməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı çatdırır, dost Vyetnam xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью