İlham Əliyev xanım deputatı TƏLTİF ETDİ

12.08.2025

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təltif edilib.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Hicran Hüseynova sabah 60 yaşını qeyd edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью