İlham Əliyev: Xəzər dənizinin strateji əhəmiyyəti artır

09.10.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.

"Report"un Türkmənistana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən Xəzər ekoloji sammitində çıxış edərkən bildirib.

"Bu şəraitdə Xəzəri sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qoruyub saxlamaq prinsipial olaraq vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın gələcək inkişafı üçün zəruri şərait yaradır", - dövlət başçısı vurğulayıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью