İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. Prezident İlham Əliyev dekabrın 3-də Yəmən Respublikasının Azərbaycanda yeni təyin olunmuş föv
SİA xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı COP29 zamanı Yəmənin vitse-prezidenti ilə görüşünü xatırladaraq, bunun əlaqələrimizin tarixində bu səviyyədə ilk görüş olduğunu qeyd etdi və orada müzakirə olunan məsələlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev ilk növbədə beynəlxalq müstəvidə qarşılıqlı dəstəyin davam etdirilməsinin, iqtisadi sahədə, o cümlədən ticarət, sərmayə qoyuluşu və digər istiqamətlərdə imkanların araşdırılmasının zəruriliyini bildirib.
Səfir əvvəlcə Yəmən Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Aliminin salamlarını və Azərbaycan xalqının rifahı ilə bağlı yeni uğurlar arzusunu Prezident İlham Əliyevə, həmçinin Yəmən xalqının salamlarını Azərbaycan xalqına çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Yəmən Prezident Şurasının sədrinə çatdırmağı xahiş edib.
Məhəmməd Saleh Əhməd Turiq eyni zamanda bu günə qədər beynəlxalq təşkilatlar çərçivəsində Yəmənə göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və bunu yüksək qiymətləndirdiklərini deyib.
Səfir COP29-un çox yaxşı səviyyədə təşkili ilə bağlı təbriklərini ifadə edərək vurğulayıb ki, bu tədbir dövlətimizin başçısının müdrik rəhbərliyini bütün dünyaya göstərdi, COP29-da iştirak edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gücünün, qüdrətinin bir daha şahidi olublar.
Tam oxu
Xəbəri oxu