İlham Əliyev yeni parkın açılışında FOOTLAR | Icma.az
Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda metronun “Gənclik” stansiyasının yaxınlığında “Antena” sahəsi adlanan ərazidə yeni yaradılan parkın açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yeni parkda yaradılan şərait barədə ətraflı məlumat verib.
Paytaxtın daha da müasirləşdirilməsi, abadlaşdırılması istiqamətində görülən işlər yaşıllıq zolaqlarının və parkların salınması ilə paralel şəkildə davam etdirilir.
Belə istirahət məkanlarından daha biri Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust və 2024-cü il 13 yanvar tarixli sərəncamlarına əsasən Nərimanov rayonunda - metronun “Gənclik” stansiyasının yaxınlığında, Vaqif prospekti, Ceyhun Hacıbəyli, Şəmsi Rəhimov və Nəsib bəy Yusifbəyli küçələrinin kəsişməsində salınan yeni parkdır.
Dövlət başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.
“Antena” sahəsi kimi tanınan bu ərazidə yararsız vəziyyətdə olan bəzi tikililər sökülüb.
Söküntü işlərindən sonra parkın ərazisi daha da genişləndirilib və 19 hektara çatdırılıb.
Tam oxu
Xəbəri oxu