İlham Əliyevdən bu hərbçilərlə bağlı sərəncam

07.11.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə

Qurbanov Vaqif Bəxtiyar oğlu – baş leytenant (ölümündən sonra)

“Azərbaycan Bayrağı” ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir

“İgidliyə görə” medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью