İlham Əliyevdən DƏQİQ MESAJ: Regional təhlükəsizliyin qarantı olan Azərbaycan Tənzilə Rüst…
Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyevin “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsi həm ölkə, həm də xarici politoloqların diqqət mərkəzindədir.
Bu da təsadüfi deyil, çünki dövlətimizin başçısı müsahibəsində mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə etdi, dost və düşmən tərəflərə dəqiq mesajlar verdi.
Müsahibədə ölkəmizin qlobal arenada müttəfiqlik prinsipləri, barış və tərəqqidən tərəf olması, eyni zamanda Azərbaycana qarşı qərəzli mövqedə olanlara qarşı münasibəti tam açıqlığı ilə ifadə olundu.
Azərbaycanın tərəfsizliyi, həm Qərbdə, həm də Şərqdə müstəqil xarici siyasət yürüdən müstəqil dövlət kimi qəbul edildiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizin həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkə olduğunu vurğulayıb.
Bakıda Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilməsi, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyinin Bakıda görüşü müstəqil dövlət olaraq Azərbaycana olan yüksək etimadın ifadəsidir.
Bu da, heç şübhəsiz, Prezident İlham Əliyevin dünya miqyasında güclü siyasi lider kimi həyata keçirdiyi siyasətin, peşəkar diplomatiyanın nəticəsidir.
Eyni zamanda, Azərbaycan milli maraqlarımıza qarşı qərəzli mövqedə olan dairələrə də öz sözünü qətiyyətlə demək gücündədir.
Tam oxu
Xəbəri oxu