İlham Əliyevdən kiçik ada dövlətlərinə dəstək mesajı

06.10.2026

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanı inkişaf etməkdə olan kiçik ada dövlətlərindən minlərlə kilometr məsafə ayırsa da, bizi iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üçün ortaq qətiyyət birləşdirir.

Gununsesi.info xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Ficidə keçirilən 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciətində yer alıb.

“Biz həmişə inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olmuşuq və dayanıqlı inkişafa nail olmaq, iqlim dəyişmələri ilə mübarizə aparmaq səylərində onları dəstəkləməyə davam edəcəyik”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью