Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Amnistiya aktı həyata keçirən ölkələr və onların hökumətləri istənilən halda, istənilən yerdə yüksək qiymətləndiriliblər. Amnistiya aktı insan haqları və hüquq normaları çərçivəsində həyata keçirilən təşəbbüsdür və bu cür təşəbbüslər, bir tək hüquq kontekstində qiymətini almamalıdır. Həmçinin siyasi, sosial və imic aspektlərini də özündə əks etdirən addım kimi qiymətini almalıdır”.
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, ölkəmizdə də amnistiya aktı ənənəvi olaraq , cəzaların yumşaldılması və penitensiar sistemdə islahatların aparılması üçün və məhkumların aldıqları cəzanın bir hissəsinin bağışlanması, onların cəmiyyətə yenidən inteqrasiyanın təşviqi kimi humanist məqsədlərə əsaslanır:
“Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin bu təşəbbüsü istər xalqımız tərəfindən, istərsə də beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Dövlət başçısının insan mərkəzli resursları diqqət mərkəzində saxlaması və islah, reinteqrasiya məsələlərinə daha çox önəm verməsi, hakimiyyət və cəmiyyət arasında müsbət fonun yaranmasına da xeyli kömək etmiş olur. Həmçinin belə qərarlar sosial gərginliyin azaldılması üçün faydalı hesab olunur və daxili sabitliyin qorunmasına yönəlik addım kimi də qiymətləndirmək olar”.
Süleyman