“İlham Əliyevin bəyanatı Sint Martində böyük rezonans doğurub”

09.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Sint Martinin Birliyi Assosiasiyasının prezidenti, Karib Hövzəsi Elmləri Assosiasiyasının sədri, fəlsəfə elmləri doktoru Roda Rebeka Arrindell Prezident İlham Əliyevə COP29-da verdiyi bəyanata görə təşəkkür edib.

"Cebheinfo.az" “Report”a istinadən xəbər verir ki, R.R.Arrindell deyib ki, Prezident İlham Əliyevin bəyanatı Sint Martində böyük rezonans doğurub.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu hər zaman onların çatdırmaq istədiyi mesajların yayılmasına kömək göstərib:

"Biz sizin Prezidentinizə COP29-da verdiyi bəyanata görə təşəkkür edirik. Mən bunu bilmirdim, orada deyildim, qayıtdıqdan sonra eşitdim ki, Azərbaycan Prezidentinin bəyanatı Sint Martində böyük rezonans doğurub. Biz bunun üçün minnətdarıq, çünki artıq bu bəyanatın bəzi nəticələrini görürük və daha böyük təsirlərin olacağını gözləyirik. Buna əminik!".

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью