Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dünyada baş verən iqlim dəyişiklikləri, savaşlar, münaqişələr bəşəriyyəti çox ciddi problemlərlə üzləşdirib.
Quraqlıq, səhralaşma, aclıq və yanğınlar səmərəli yollar axtarılmasını və insanları çətin vəziyyətə salacaq problemlərin həlli üçün vasitələrin araşdırılmasını tələb edir.
Mütərəqqi dövlətlər bu gün həmin problemlərə çox ciddi münasibət göstərməkdədirlər.
Azərbaycan da belə ölkələr sırasındadır və dünyada baş verən hadisələrə özünün ciddi münasibətilə seçilir”.Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.Parlamentari söyləyib ki, COP29-un Azərbaycanda keçirilməsi məhz sözügedən problemlərin həllinə yönəldilib:“Təxminən 200 dövlətin bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək göstərməsi dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuzun və Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsidir.
Hesab edirəm ki, COP29-un açılış mərasimində cənab İlham Əliyevin çıxışı bu gün dünya dövlətləri tərəfindən çox yüksək rəğbətlə qarşılanır.
Bu gələcək üçün bir yol xəritəsi hesab oluna bilər. Çünki bilavasitə COP29 iqlim dəyişikliklərinin yaratdığı fəsadların, insanların üzləşəcə
Ən mötəbər tədbirlərin keçirilməsi zamanı Qərb ölkələri, Avropa dövlətləri belə təsir mexanizmlərinə əl atıblar və Azərbaycanın nüfuzuna köl