Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərin dərinləşdiyi bir mərhələdə sülh anlayışı təkcə təhlükəsizlik məsələsi deyil, dayanıqlı inkişafın əsas şərti kimi ön plana çıxır.
Münaqişədən sonrakı dövrdə əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi regionların gələcək taleyini müəyyən edən həlledici amilə çevrilir.
Bu baxımdan, Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlar sülhün yalnız siyasi deyil, həm də sosial və iqtisadi dəyər daşıdığını aydın şəkildə ortaya qoyur.
Dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür.
Ərazi bütövlüyümüzün və suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim olundu.
Prezident İlham Əliyevin panel iclasındakı çıxışının əsas intonasiya xəttini məhz sülh anlayışı təşkil edirdi.
Söhbət o sülh anlayışından gedir ki, bu fenomen dövlət başçısı üçün siyasi şüar deyil, ölçülə bilən, iqtisadi nəticələr doğuran real vəziyyətdir.