Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir. 18 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qaza
Bu müsahibə təkcə diplomatik bəyanat deyil, həm də regionun gələcək inkişaf xəritəsini müəyyən edən siyasi baxış idi.
Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan–Qazaxıstan münasibətləri bu gün qardaşlıq, qarşılıqlı etimad və strateji həmrəyliyin ən gözəl nümunəsidir.
Ortaq tariximiz, dilimiz və mədəni köklərimiz bu əlaqələrin sarsılmaz təməlini təşkil edir.
Prezidentin çıxışında iqtisadi və logistik əməkdaşlıq xüsusi yer tuturdu.
O qeyd etdi ki, iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb, qarşılıqlı investisiyalar artıb və “Orta Dəhliz” layihəsi sayəsində Azərbaycan və Qazaxıstan Avrasiya məkanında əsas tranzit və enerji qovşaqlarından birinə çevrilməkdədir.
Bu, təkcə iqtisadi deyil, həm də siyasi və strateji üstünlük deməkdir.
İlham Əliyev həmçinin Türk Dövlətləri Təşkilatının rolunu yüksək qiymətləndirərək bildirdi ki, bu platforma türk xalqlarının birliyini, mədəni yaxınlığını və ortaq gələcək vizyonunu təcəssüm etdirir.