Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Ermənilər tarix boyu Azərbaycan xalqına qarşı müxtəlif və çoxsaylı cinayətlər, soyqırımlar törədiblər.
33 il öncə törədilən Xocalı soyqırımı isə bunların içərisində ən dəhşətlisi, ən faciəlisidir.
Çəkinmədən qeyd edə bilərəm ki, Xocalı soyqırımı, əslində, erməni faşizminin bir “tanıtımı pasportu”, “şəxsiyyət vəsiqəsi”dir”.
Bunu SİA-ya açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, Əməkdar jurnalist Nadir Azəri deyib.
O, qeyd edib ki, bədnam qonşularımız tərəfindən başımıza gətirilən faciələrin davamlı olmasının bir səbəbi də unutqanlığımızdır: “Lakin bundan sonra belə olmayacaq.
Çünki artıq qalib, müstəqil Azərbaycan var. Artıq müstəqil Azərbaycanın qətiyyətli lideri var və o qətiyyətli lider bu faciələrin unudulmama
Bu baxımdan hesab edirəm ki, cənab Prezident İlham Əliyevin Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında müv