İlham Əliyevin qərarını alqışlayırıq İrəvan

21.10.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin malların tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarını alqışlayır.

Axar.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan deyib.

Onun sözlərinə görə, bu addım regional kommunikasiyaların açılması, etimadın gücləndirilməsi və Vaşinqtonda əldə edilmiş sülhün möhkəmləndirilməsi üçün vacibdir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ermənistana yüklərin tranzitinə qoyulan bütün məhdudiyyətləri aradan qaldırdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью