Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. “Bu ili tariximizin ən şərəfli və uğurlu illərindən sayılır.
Ümumiyyətlə, 2024-cü il Azərbaycan üçün müstəqillik illərinin ən uğurlu illərindən biri kimi qeyd olunmalıdır”.Bu fikirləri “Sherg.az”a açıqlamasında AĞ Partiya funksioneri, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.O, qeyd edib ki, ilin sonunda təyyarə qəzası kimi faciə yaşadıq:“Amma bu, bu ildəki tarixi uğurlarımızı bir an da kölgəyə salmamalıdır.
2020-ci ildə biz necə mümkünsüz görünən Qarabağ münaqişəsini həll etdiksə, bu il də mümkünsüz görünən bəzi məsələləri həll olundu.
Əvvəlcə rus qoşunlarını ərazilərimizdən çıxardıq, ardınca da Qazaxın 4 kəndini geri qaytardıq.
Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi ilə həyata keçirildi.
Bir güllə atmadan tarixi torpaqları geri qaytarmaq bir ölkənin xarici siyasətininin nə qədər yüksək və uğurlu olduğunun göstəricisidir.
Burada təbii ki, xalqımızın qəhrəmanlığını və milli məsələlərdəki birliyini, qətiyyətini də xüsusi vurğulamalıyıq.
2023-cü il 19-20 sentyabrdakı antiterror əməliyyatı ilə möcüzəyə bərabər bir şəkildə azad etdiyimiz Xankəndi uğurunun da birbaşa memarı Azərbaycan prezidentidir.