Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Doqquz ölkənin lideri Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında iştirak edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə bildirib.
"Zirvə toplantısına gəldikdə, doqquz MDB dövlət başçısı iştirakını təsdiqləyib. Türkmənistan və Rusiyanın liderlərindən] əlavə, Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri, Belarus Prezidenti, Qırğızıstan Prezidenti, Qazaxıstan Prezidenti, Tacikistan Prezidenti və Özbəkistan Prezidenti daxildir", - deyə Putinin köməkçisi bildirib.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası 9 oktyabr 2026-cı il tarixində Türkmənistanın Xəzər dənizi sahilində yerləşən Türkmənbaşı şəhərində (Avaza Milli Turizm Zonasında) keçiriləcək. • Türkmənistan 2026-cı il yanvarın 1-dən MDB-yə sədrlik edir. MDB tarixində ilk dəfə olaraq təşkilatın geniş tərkibli iclasına İran Prezidenti Məsud Pezeşkian dəvət olunub. O, həmçinin Xəzər ekologiya sammitində iştirak edəcək.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin