İlham Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görülüb

04.02.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərdə sülhün ququlmasına görə 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. 

“Cebheinfo.az” xəbər verir ki, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan “Facebook” sosial şəbəkəsində belə yazıb:

“Mükafat, dialoq, etimadın möhkəmləndirilməsi, regionda sabit və davamlı sülhün qurulması vasitəsi kimi Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün davam edən səylərin tanınması əlaməti kimi təqdim edilib.

Eyni mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə də təqdim edilib və bu, sülhə aparan yolun birgə işləmək tələb etdiyini bir daha göstərir”, - deyə Bağdasaryan qeyd edib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью