İlham Əliyevlə Paşinyanın Əbu Dabi görüşü sülh müqaviləsini sürətləndirəcək? Siyasi şərhçi AÇIQLADI

04.02.2026

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Regional sabitlik və sülh proseslərinin irəliləməsi daim aktual məsələlərdəndir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşüb. Görüş ABŞ Prezidenti Donald Trampın ev sahibliyi və şahidliyi ilə baş tutan Vaşinqton Sülh Sammitinin nəticələrinin həyata keçirilməsinə yönəlib. Bu addım, uzunmüddətli dialoq və sülh proseslərinin irəliləməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Maraqlıdır, bəs görəsən bu görüşdən sonra hansı geosiyasi proqnozlar olacaq?

Bununla bağlı siyasi şərhçi Əziz Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan vasitəsilə dialoqun davam etdirilməsi və sülh gündəliyinin müsbət nəticələrlə irəliləməsi böyük əhəmiyyət kəsb edir:
“Şübhəsiz ki, regional sabitlik baxımından Azərbaycan və Ermənistanın Əbu-Dabidə görüşünə ciddi ehtiyac var. Bu il sülh müqaviləsinin imzalanması məsələlərini nəzərdən keçirmək vaxtıdır. Proses həm də bizə yüksək nəticə əldə etməyə imkan verir. İndi daha çox regional münasibətlərə istinad etmək bir qədər risklidir, çünki bölgədə böyük ölkələrin maraqları da mövcuddur. Buna görə Azərbaycan üzərindən sülh məsələsini müsbət şəkildə nəticələndirmək üçün addımlar atmaq daha vacibdir”.
Nurcan Babək

Oxunub 44

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью