İlham Əliyevlə Putinin salamlaşma anı Video

03.09.2025

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Çinin paytaxtı Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş paradda iştirak ediblər. 

“Qafqazinfo”nun “Caliber”ə istinadən məlumatına görə, parad başlamazdan öncə Pekindəki Tiananmen meydanında Azərbaycan və Rusiya liderlərinin qeyri-rəsmi formatda təmasları olub.

Belə ki, otağa daxil olan Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev və xanımı Mehriban Əliyevanı salamlayıb.

Həmin görüntüləri təqdim edirik:

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью