İlham Haqverdiyevə yekun ittiham verildi

29.01.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Mayor İ.Haqverdiyev həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 8 ildən 12 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Haqverdiyev Respublika Hərbi Prokurorluğu tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İttihamda yazılıb ki, o, rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью