Icma.az bildirir, Moderator.az portalına istinadən.
Mədəsində yaranan problem səbəbi ilə əməliyyat olunan təhükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik-leytenant İlham İsmayıl xəstəxanadan evə buraxılıb.
Bu barədə Moderator.az-a İ.İsmayıl özü məlumat verib.
O, hazırda əməliyyat səbəbindən səhhətində zəifləmə olsa da, bunun yaxın zamanda aradan qalxacağını bildirib:
"Əməliyyata görə bir az zəifləmişəm, halsızlıq var səhhətimdə. O da düşünürəm ki, yaxın günlərdə qaydasına düşəcək. Bu gündən artıq xəstəxanadan evə buraxılmışam".