İlham İsmayıl xəstəxanaya yerləşdirilib durumu kritikdir

19.01.2026

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib.

O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.

Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью