Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ülviyyə Hacıbəyova- 65 Bu dəfə sizə nəcib, kübar, çox istedadlı, incə ruhlu bir xanım haqqında söhbət açmaq istəyirəm.
Təsəvvür edin ki, o, 3 yaşında pianoda ifa etməyə, 5 yaşından yazıb oxumağa başlayıb və ilk musiqi əsərini 6 yaşında olarkən yazıb.
Xalq artisti, əməkdar incəsənət xadimi, mahir pianoçu, bəstəkar, professor Ülviyyə Vaqif qızı Hacıbəyovanı deyirəm.
O, 9 iyun 1960-cı ildə Bakı şəhərində dünyaya gəlib. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində, Y.L.Filatovanın sinfində alı
1983-cü ildə isə indiki Bakı Musiqi Akademiyasını fortepiano ixtisası üzrə başa vurub.
1986-cı ildə Azərbaycan SSR xalq artisti Rauf Atakişiyevin sinfində assistent-stajorluğu bitirib.
P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının professorları Yakob Milşteyn və Lev Naumovdan dərs alaraq, təcrübə keçib.