İlham Mirzəliyev İsmayıllıda vətəndaşları qəbul edəcək

25.08.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev İsmayıllı rayonunda vətəndaşları qəbul edəcək.

525.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, qəbul sentyabrın 25-i saat 10:00-da İsmayıllı rayonu, Heydər Əliyev mərkəzində keçiriləcək.

İ.Mirzəliyev İsmayıllı, Ağsu və Qəbələ sakinlərini qəbul edəcək.

Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью