İlham Mirzəyev: “Bircə ona icazə verdim ki, evə gəlsin”

29.10.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Qoca kişiyəm. Adamın Allahı var, mənimlə hamı əlaqə saxlayır, münasibət qurur. Sadəcə, özüm istəmirəm ki, evə gəlsinlər".

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu bir müddət öncə ürəyinə stent implantasiya edilən teleaparıcı İlham Mirzəyev deyib.

O əlavə edib: "Xalq artistimiz Mələkxanım Əyyubova, demək olar, hər gün əlaqə saxlayır. Xalq artistimiz Səidə Quliyeva hər gün bezmir, usanmır, mənim halımı-əhvalımı soruşur. Deyir ki, İlham, nə lazımdırsa, edim. Hamı bilsin ki, bizim belə sənət adamlarımız var. Təkcə Mətanət İsgəndərliyə icazə verdim ki, evə gəlsin. Mətanət xanım çox pozitivdir. İnanın ki, hamısından razıyam. Neçə nəfər qalmışıq? Köhnələrədən çox az adam qalıb. Allah hamını qorusun, cansağlığı versin”. pizza mizza


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью