İlham Mirzəyevin adından fırıldaqçılıq edildi

05.01.2025

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Tanınmış teleaparıcı İlham Mirzəyevin adından istifadə edərək insanlardan qanunsuz şəkildə pul tələb edən fırıldaqçılar peyda olub. SİA xəbər verir ki, bu barədə teleaparıcı özü açıqlama verib. İlham Mirzəyev bildirib ki, bu cür saxtakarlıqlara qarşı mübarizə aparmaq üçün aidiyyəti qurumlara müraciət edib və məsələnin araşdırılmasını tələb edib: "Bu hal mənim nüfuzuma ciddi zərər vurur. İnsanlar bilməlidir ki, mənim adımdan yayılan bu tələblər tamamilə yalandır. Xahiş edirəm, heç kim bu yalanlara inanmasın və bu nömrə ilə qarşılaşan hər kəs hüquq-mühafizə orqanlarına müraciət etsin," – deyə teleaparıcı xəbərdarlıq edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью