Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verdiyimiz kimi, aparıcı İlham Mirzəyev səhhətində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan bildirilib ki, İlham Mirzəyev sol mədəciyin ön divarının miokard infarktı və kardiogen şok vəziyyətində xəstəxanaya qəbul olunub.
Qeyd edilib ki, xəstəyə angioplastika icra olunub və stent implantasiya edilib.
Hazırda İlham Mirzəyevin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir. O, kardioreanimasiya şöbəsindədir və kompleks müalicəsi davam etdirilir.
Məlumat 8 sentyabr 2026-cı il, saat 11:30-a olan vəziyyəti əks etdirir.
Zeynəb Rzayeva