İlham Mirzəyevin vəziyyəti ağırdır

07.09.2026

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Teleaparıcı İlham Mirzəyevin vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, hazirda xəstənin vəziyyəti ağırdır.

“Xəstə sol mədəciyin ön divarının miokard infarktı, kardiogen şok vəziyyətində qəbul olunub. Angioplastika icra olunub və stent implantasiya edilib. Hazirda xəstənin vəziyyəti ağır stabil olaraq qalır. Kardioreanimasiya şöbəsində kompleks müalicəsi davam etdirilir”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, İ.Mirzəyev daha əvvəl sosial şəbəkə hesabında paylaşım edərək hallalaşmış və hər kəsdən onun üçün dua etmələrini xahiş etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью