Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Xalq artisti İlham Namiq Kamal 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik paylaşımı edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Xalq artisti paylaşımında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən bəhs edib:
“8 noyabr Zəfər günüdür. 28 il həsrətdən sonra rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində demək olar ki, bütün torpaqları, öz torpaqlarımızı işğaldan azad etdi. Var olsun Ali Baş Komandan, möhtərəm İlham Əliyev. Müzəffər Azərbaycan Ordusuna eşq olsun. Qarabağ Azərbaycandır”.