Axsham.az saytına istinadən Icma.az xəbər verir.
Heydər Əliyev Sarayının direktoru, aktyor İlham Qasımov Omana yollanıb.
Axşam.az xəbər verir ki, o, Maskat şəhərində yerləşən “Royal Opera House Mucat"da olub.
Sənətçi Cakomo Puççininin “Toska” operasının premyerasında Xalq artisti Yusif Eyvazovun çıxışını izləyib.
Bununla yanaşı, operada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının digər solistləri də müxtəlif rolları ifa ediblər.