İlham Qəhrəmanın imza günü keçiriləcək

14.04.2025

Kulis.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tanınmış şair, tədqiqatçı İlham Qəhrəmanın bu günlərdə çapdan çıxmış “Laçın folkloru” və “Qəmin eşqi” (şeirlər) kitablarının təqdimat və imza günü keçiriləcək.

Kulis.az xəbər verir ki, tədbir aprelin 18-i saat 14:00-da Atatürk Mərkəzində olacaq.

İştirakçılar adı çəkilən kitablarla yanaşı İlham Qəhrəmanın “Laçın lətifələri”, “Dəyirmanın su dərdi” (bayatılar), “Bir adamlıq şəhər”, “Laçın-100 Ədəbi Antologiya” kitablarını da müəllif imzasıyla əldə edə biləcəklər.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

Diplomlu taksi sürücüsü və armatur söhbəti - Babək Məmmədlinin hekayəsi haqqında "Çubakka"nın tüfəngi rekord qiymətə satıldı İstəmirəm həqiqəti məscidlərdə, kilsələrdə axtarım - İlkin Özün yeni şeirləri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью