İlham Rəhimov ilk dəfə danışdı: Putinlə karidorda...

16.01.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Bunu heç yerdə deməmişəm: mən Vladmir Putinlə abituriyent vaxtı tanış olmuşam.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış iş adamı İlham Rəhimov Yutub platformasında yayımlanan “Qaranlıqda həqiqət” verilişinin xüsusi buraxılışında deyib.

O bildirib ki, Putinlə universitetin kolidorlarında hazırlıq vaxtı tanış olub:

“Biz imtahan mərhələsində idik. Universitetə kimin qəbul olacağını bilmirdik. İmtahan nəticələri açıqlananda Xmarindən xahiş etdim ki, gedib jurnalda nəticələrə baxsın. O, jurnala baxdıqdan sonra geriyə dönüb əla işarəsi göstərdi. Elə alındı ki, mən, Vladmir Putin, Viktor Xmarin qrup yoldaşı olduq. Bizim üçümüzün də maraqları oxşar idi. İdmanı çox sevirdik. Siqaret çəkmirdik və içki sevmirdik. Bu üç cəhət bizi yaxınlaşdırmışdı. Mən güləşlə, onlar isə cüdo ilə məşğul olurdu, hətta Putin Leninqrad şəhərinin çempionu olub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью